21.11.2024, 20:55
AZ EN
28.12.2022, 15:13 425

Qərbi Azərbaycana – doğma Vətənə dönmək haqqımızdır!

XƏBƏRLƏR
  • Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup Qərbi Azərbaycandan olan ziyalılarla görüşü ictimaiyyətə, xüsusilə də, doğma torpaqlarından məcburi köçürülmüş insanlara böyük ruh yüksəkliyi verib. Bu günlərdə Qərbi Azərbaycandan olan bir ailənin İctimai Televiziyaya verdiyi müsahibə də bunun bariz nümunəsidir.

Məmmədovlar ailəsi də 1988-1991-ci illərdə Qərbi Azərbaycandan, öz ata-baba ocağından didərgin düşən ailələrdən biridir.

Babək Məmmədov deyir ki, biz Qərbi Azərbaycanda dil içində dil, din içində din yaşatmışıq. Ermənistan Ali Sovetinin fərmanıyla Azərbaycana məxsus 540 kənd və rayonun adı birdəfəyə dəyişdirilərək erməniləşdirilib. Özü də, bu saxtalaşdırma 1930-cu ildən başlayıb. Erməni separatçıları bizi qeyri-insani bir şəraitdə doğma yurdumuzdan, evimizdən çıxarıb. Təsəvvür edin ki, azərbaycanlıların illərlə qazandığı malı-mülkü əllərindən alınıb, dəhşətli bir vəziyyətdə çöllərə salınıb. Bəzi vətəndaşlarımızı elə köçüb getdiyi yerdə namərdliklə müxtəlif üsullarla qətlə yetirirdilər...

Sultan Məmmədova deyir ki, bir dəfə mən ağır xəstələnmişdim. Məni xəstəxanaya apardılar. Erməni həkim rişxəndlə dedi ki, niyə bunu gətirmisiniz, böyük bir iş olub, qoymayın, birdən türkün biri azalar...

Sultan xanım ötən günlərin acı xatirələrini bölüşsə də, deyir kaş indi gedib öz doğma yurdumu görəydim, onun havasını alıb gələydim...

Dilsuz Məmmədovun isə Qərbi Azərbaycandakı ata-baba ocağından ayrılanda cəmi üç yaşı olub. Ancaq buna baxmayaraq dönə-dönə doğulduğu Vətən torpağının şəkillərinə, çəkilişlərə baxır. Deyir ki, ata-baba torpağına dönmək onun ən böyük arzusudur.

Əlbəttə, Qərbi Azərbaycana - doğma Vətən torpağına, elimizə-obamıza dönəcəyik və o gün çox da uzaqda deyil. Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, çünki bu bizim haqqımızdır.

Mina RƏŞİD            

Oxşar xəbərlər