24.04.2025, 09:21
AZ EN
28.12.2022, 14:06 422

Elçin Əhmədov: Qərbi Azərbaycan tarixi geniş şəkildə tədqiq olunacaq

XƏBƏRLƏR
  • Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü və həmin görüşdə söylədiyi fikirlər böyük əhəmiyyəti ilə maraq doğurur. Görüşdə doğma yurdundan didərgin düşmüş Qərbi Azərbaycan əsilli azərbaycanlıların tarixi torpaqlarına dönməsi, həmçinin Qərbi Azərbaycan tarixinin dərindən araşdırılması və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məsələsinə önəm verilməsi xüsusilə diqqəti cəlb edir.

Bu sözləri əslən Göyçə mahalının Cil kəndindən olan, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının müdiri dosent Elçin Əhmədov deyib. E.Əhmədov bildirib ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti dövlətimizin hərtərəfli inkişafına, tərəqqisinə və xalqımızın rifahına xidmət edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi, biz böyük Zəfər qazandıq. Bu Qələbəmiz bizim başımızı dünyada ucaltdı, qürurumuzu yüksəltdi.

“Qərbi Azərbaycan məsələsinə taleyüklü bir məsələ kimi xüsusi əhəmiyyət verilir. Bu o deməkdir ki, yaxın gələcəkdə Qərbi Azərbaycan əsilli azərbaycanlılar öz doğma torpaqlarına, ata-baba yurdlarına qayıdacaqlar. Qərbi Azərbaycan tarixi geniş şəkildə tədqiq olunacaq. Bizim birliyimiz, həmrəyliyimiz işıqlı gələcəyimizə böyük inam doğurur. Mən əslən Qərbi Azərbaycandan olan bir azərbaycanlı kimi Qərbi Azərbaycan İcmasının fəaliyyətində daim yaxından iştirak etməyə hazıram”, - deyə alim bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər