20.09.2024, 00:12
AZ EN
26.12.2022, 14:17 365

İctimai birliyin sədri şəhid ailələrini ziyarət edib

XƏBƏRLƏR
  • Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar olaraq "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.

Sevinc Alızadə Sumqayıt şəhərində yaşayan şəhidlərimiz MAHHXHQ  Daşqın Əliqulu oğlu Ağayev, əsgər Fərhad Vüqar oğlu Fərhadlı, MAHHXHQ Elgin Ağayar oğlu Abbaslı və MAHHXHQ Cavid Fərhad oğlu Cəfərovun ailələrini ziyarət edib. Birliyin sədri şəhid ailələrinin  problemlərini dinləyib və hər zaman onların yanında olduğunu bildirib.

Qeyd edək ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi mütəmadi olaraq şəhidlərimizin ailələrini ziyarət edir, qəhrəmanlarımızın təbliği və tanıdılması məqsədi ilə tədbirlər həyata keçirir.

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR