S.Hüseynov çıxışında mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin artırılması, əhalinin baş verə biləcək fövqəladə hadisələrin təsirindən qorunması, belə hadisələr zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsinin təşkilinin vacibliyini qeyd edib. Mayor E. Rəcəbov “Mülki müdafiənin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydası”ndan, mülki müdafiə tədbirlərinin vaxtında və keyfiyyətli icra olunmasından, bu sahədə insanların mütəmadi olaraq maarifləndirilməsindən söz açıb. Daha sonra çıxış edənlər, ümumtəhsil müəssislərində mülki müdafiə günləri keçirilməsinin və bu hazırlıqlara nəzarətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, mülki müdafiə ilə bağlı tədbirlər planı Fövqəladə Hallar Nazirliyinin aidiyyəti regional mərkəzləri ilə razılaşdırılaraq hazırlanmalı və həyata keçirilməlidir.
Mina RƏŞİD