23.11.2024, 01:19
AZ EN
19.12.2022, 12:44 399

Son hədəfə çatmaq üçün bütün dinc tədbirlərə əl atmaq lazımdır

XƏBƏRLƏR
  • Məlum olduğu kimi, Rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində təbii sərvətlərimizin separatçılar və qeyri-qanuni qurumlar tərəfindən istismarı Azərbaycan tərəfindən etirazla qarşılandı. Azərbaycan bununla bağlı dəfələrlə məsələ qaldırsa da, təəssüf ki, haqlı tələblərimizə cavab verilmədi.

Bununla bağlı dekabrın 12-dən Laçın-Xankəndi yolunda keçirilən dinc etiraz aksiya yeddi gündür ki, davam edir. Bu aksiya xalqımızın birliyini, həmrəyliyini və ölkə rəhbərliyi ətrafında sıx yumruq kimi birləşməsinin əyani sübutudur.

Bu dinc aksiya FACEBOOK sosial şəbəkə istifadəçiləri arasında da geniş əks-səda doğurub.

Adil Qəmbər, Bakı şəhər sakini:

-Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media nümayəndələrinin Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlıların məsuliyyət zonasında keçirdikləri dinc etiraz aksiyası öz möhtəşəmliyi ilə hər birimizi qürurlandırmaqdadır. Bu ərazidə toplaşan ictimai fəalların, ekoaktivistlərin  və onlara qoşulanların bu  cəsarəti və qorxmaz etiraz mübarizəsini dəstəkləyir, xüsusilə bu şaxtalı hava şəraitinə rəğmən öz qətiyyətli inadından geri dönməyən xanımlarımızın Vətənin milli mənafeyi uğrunda bu fədakarlığını alqışlayıram. Onların bu mətinliyi və vətənpərvərliyi olduqca fərəhlədiricidir. Yeddi gündür davam edən etiraz aksiyası  artıq öz effektiv təsini göstərməkdədir. Aksiyaya qoşulanların sayının getdikcə artması və kütləviləşməsi Xankəndində məskunlaşmış erməniləri, Araik və Vardanyanı, eləcə də onların havadarları ilə bərabər, Rusiya sülhməramlılarını da ciddi şəkildə narahat etməkdədir. Erməni mediasının tirajladığı xəbərlərə görə, Xankəndində yaşayan ermənilər oranı tərk etmək haqqında düşünür, Azərbaycan torpaqlarından birdəfəlik gedəcəklərinin həyacanını yaşayırlar. Ermənilər və Azərbaycan vətəndaşlarının öz doğma ərazilərində hərəkətinə maeəçilik törəfən  Andrey Volkovun dəstəsi anlamalıdır ki, bu ərazinin sahibləri ilə oyun oynamaq olmaz, Azərbaycan dövlərtinin suverenliyinə qarşı hər hansı bir qanunsuz hərəkətin cavabı sərt olacaq. 1500 nəfərlik sülhməramlı artıq başa düşməlidir ki, etiraz aksiyası daha da şiddətlənərək böyük coğrafiyanı bürüyəcək, aksiyaya qoşunlanların sayı hər gün yüz-yüz, min-min artaraq 10 milyona çatacaq. Onda həqiqətən bu Xalqın qarşısında heç  kim dayana bilməyəcək.

Amma inanıram ki, məsələ hər iki tərəfin bir-biri ilə anlaşması ilə nəticələnəcək, Azərbaycan aksiyaçılarının haqlı tələbləri yerinə yetiriləcəkdir.

Allah bu mübarizədə  Azərbaycanımızın  igid və cəsur övladlarını qorusun!

Cəmşid Dərələyəzli, Bakı şəhər sakini:

-Bu aksiyanı ürəkdən alqışlayıram. Müharibə fəlakətdir, ölümdür, dağıntıdır. Təbii ki, Azərbaycan bu varianta getməmək üçün masada 30 il mübarizə apardı... 44 günlük Vətən müharibəsində Zəfərə imza atdı.

Amma ondan sonra bu cür dinc aksiyalar təqdir olunmalıdır.. Yəni son hədəfə çatmaq üçün  bütün dinc tədbirlərə əl atmaq lazımdır.

Düşməni yeri gələndə bax beləcə, topsuz-tüfəngsiz onun qandığı  dillə də qandırmaq lazım gəlir. Xüsusən də,  sülhməramlı adı ilə ermənini öz çətiri altına alıb, onlara havadarlıq edənlərə bu yolla göstərmək lazımdır ki, sanmasınlar ki, onların kim olduğunu unutmuşuq.

Allah gənclərimizin əzmini-ruhunu bol eyləsin. Unutmasınlar ki, Şəhidlərimizin ruhu da onlarladır. Fikrimcə, Azərbaycan məhz bununla da Laçın dəhlizində nəzarəti ələ alıb, orada artıq öz keçid məntəqəsini qurmalıdır. Bunun üçün isə əsaslar var və bu əsaslar da, ondan ibarətdir:ərazilərə kənar ünsürlərin azad giriş-çıxışı, Azərbaycan sərvətlərinin qanunsuz talanması və ən əsası da Zəngəzur dəhlizi ilə bağlı ermənilər üzərlərinə götürdükləri öhdəliklərə iki ildən artıqdır ki, bir faiz belə əməl etməmələridir.

Onu da deyim ki, Xankəndində olan yerli erməni vətəndaşları ilə sülhə gedən yolda həmrəylik olsun deyə birgə toplanışlara da nail olmaq lazımdır. Yol çətin yoldur. 34 illik düyünü bir iki ilə çözmək mümkün deyil. Hələ münaqişədə maraqlı qüvvələrin, kənar dövlətlərin dirənişi də var. Xankəndində yaşayan ermənilər nəhayət, anlamalıdırlar  ki, Vardanyan kimiləri tarixən, xüsusən də son 34 ildir onların üzərində siyasət aparıb, uzun illərdir onları məhrumiyyətlərə və ölümə məhklum ediblər. Bərk ayaqda isə onları  qırğına verib qaçıblar. Koçaryan da, Sarkisyan da, Ohanyan da, Araiklər də vaxtında Vardanyan kimi danışırdılar. Amma dediyim kimi, bərk ayaqda qaçdılar və heç biri də müharibədə ölmədi, ölən yenə sizlər oldunuz. Onlar isə sizin üzərinizdən oğurladıqları pullarla kef edirlər. Xankəndində yaşayan ermənilərə demək istəyirəm6 “Birdəfəlik anlamalısınz ki, siz Xankəndi erməniləri təhlükəsiz qalıb yaşamaq istəyirsinizsə,  çıxmalısınız meydana, O Vardanyanı və onun kimilərini bir yolluq ordan qovmalısınız və Azərbaycanın bayrağı altından keçib, vətəndaşlığını qəbul etməlisiniz. Belə olan halda, sizlər o mədənlərdə də, başqa sahələrdə də yenə çalışacaqsınız. Bilməlisiniz ki, Vardanyan bu məsələdə də sizi zərrə qədər fikirləşmir. O, sadəcə olaraq öz çıxarını düşünür”.

İnanıram ki,  haqlı tələblərlə keçirilən bu dinc aksiyada biz çox şeylərə nail olacağıq.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər