21.09.2024, 23:39
AZ EN
19.12.2022, 07:00 332

Gənc fəal: Bizim Xankəndidə olan mülki ermənilərlə problemimiz yoxdur

XƏBƏRLƏR
  • Ermənistan yenə də təxribatlara əl ataraq şayiələr yayır. Guya aksiya iştirakçıları insanları Laçın-Xankəndi yolundan keçməyə qoymurlar. Bunlar tamamilə yalandır. Əvvəla qeyd edim ki, yolu bağlayan Rusiya sülhməramlılarıdır. İkincisi isə aksiya iştirakçıları yeddi gündür bu yoldan onlarla avtomobilin maneəsiz keçməsinə şərait yaradıblar.

Bu fikirləri Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Vüsal Səmədli söyləyib.

O qeyd edib ki, biz yalnız ərazilərimizin qanunsuz talanmasına qarşı çıxırıq. Tələbələrimiz hüquqi cəhətdən Azərbaycan torpaqları olan Xankəndiyə, Ağdərəyə maneəsiz şəkildə getməkdir. Lakin buna maneə törədirlər. Həmçinin öz ərazilərimizdə olan faydalı qazıntı yataqlarında monitorinqin keçirilməsini istəyirik. Hələ ki, bizim tələbələrimiz yerinə yetirilməyib.

V.Səmədli bildirib ki, Azərbaycan dövləti Qarabağda olan erməni uşaqlara yardım etmək istəyir. Əgər oradakı əhali rəsmi olaraq Azərbaycan vətəndaşlığını qəbul etsə, bu, onlar üçün yaxşı olar.

“Bizim Xankəndidə olan mülki ermənilərlə problemimiz yoxdur. Lakin orada olan silahı birləşmələrinin çıxarılmasını istəyirik. Onlar terrorçulardır”, - deyə o qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər