21.09.2024, 21:52
AZ EN
13.12.2022, 14:17 352

13 dekabr şəhid Hakim Baxışovun doğum günüdür

XƏBƏRLƏR
  • Oğlum, bir az ayaq saxla, bir az asta gəz. Burda canını Vətənə fəda edən bir şəhid yatır, həyata doymamış, dünyanı gəzməmiş, arzusu qəlbində bir cavan yatır... Oğlum, burda ayaq saxla, bir az asta gəz. Burda Qurd ürəkli bir şəhid yatır, toyda oynamamış, körpə görməmiş Əslisi qəlbində bir Kərəm yatır.. Oğlum, bir az asta gəz, burda 22 yaşlı bir oğul yatır, övladdan doymamış, boyun sevməmiş həsrəti qəlbində bir ata yatır... Oğlum, bir az asta gəz, səni tanımayan, məni görməyən bizim üçün ömründən keçən bir igid yatır...

Soyuq düşünməmiş, qorxu bilməmiş  bir igid yatır...Oğlum, bir az asta gəz. Burda anasının qoynundan ayrı, atanın vüqarı, qüruru, üç bacının bir qardaşı, baş tacı yatır...

İkinci Qarabağ müharibəsinin belə qəhrəman şəhidlərindən biridir Hakim Baxışov!

Hakim Səyyar oğlu Baxışov 2000-ci il dekabrın 13-də Qəbələ rayonunun Topbağ kəndində anadan olub. Orta təhsilini Qəbələ rayonu Yenikənd kənd orta məktəbində alıb. O, 2019-cu ilin yanvar ayında həqiqi hərbi xidmətə gedib. Vətənini, torpağını çox sevən Hakim həqiqi hərbi xidmətini bitirdikdən sonra yenidən hərbiyə qayıdıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Hakim Baxışov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Sentyabrın 28-və Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə yüksəlib. Qəbələ rayonunun Topbağ qəbristanlığında böyük izdiham və ehtiramla dəfn edilib.

Hakim Baxışov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Cənətdəki ad günün mübarək, qəlblərə hakim Şəhidim!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər