"Qobu park" yaşayış kompleksində yanğın olub, 50 nəfər təxliyə edilib.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 9-cu mərtəbəsindən qədər yerləşən elektrik şitində yanğın baş verdiyi və tüstülənmənin digər mərtəbələrə yayıldığı müəyyən edilib. Tüstülənmə və kəskin iydən vətəndaşların həyatı üçün təhlükə yaranıb.
Operativ və çevik müdaxilə sayəsində yanğın qısa müddətdə söndürülüb. FHN-nin qüvvləri tərfində umumilikdə 50 nəfər təxliyyə olunub.
Mənzillər yanğından mühafizə olunub. ("Report")