Bunu doğma yurduna qayıdan Şuşa sakini Nəzakət İsgəndərova söyləyib.
“Həm sevinirəm, sevincimin həddi-hüdudu yoxdur, çünki doğma Şuşamıza gedirik, həm də kədərlənirəm, çünki bu qədər şəhid vermişik. Allah onlara rəhmət etsin, qazilərimizə isə cansağlığı versin”, – o deyib.
Keçmiş məcburi köçkün “gözəl Şuşanı sadəcə görməyə yox, həm də birdəfəlik qayıdıb məskunlaşmağa səbirsizləndiyini” vurğulayıb. (Report)