12.09.2025, 01:34
AZ EN
07.04.2025, 14:36 257

Ağdərə sakini: Suqovuşana ailəmlə, övladlarımla qayıdıram

XƏBƏRLƏR
  • 32 il idi ki, Qarabağ arzusu ilə yaşayırdıq, bir gün doğma torpaqlara qayıdacağımıza ümidimizi üzmürdük. Bu gün arzularımızın, ümidlərimizin gerçəkləşən günüdür.

Bunu açıqlamasında Ağdərə rayonunun Suqovuşan kəndinə köçən keçmiş məcburi köçkün Baloğlan Əsədov söyləyib. “Şükürlər olsun Allaha, bu günləri görmək nəsibimiz oldu. Suqovuşana ailəmlə, övladlarımla qayıdıram. Bu sevinci bizə yaşadanlara minnətdarlığımı bildirirəm”, - deyə o bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər