20.10.2024, 22:45
AZ EN
08.12.2022, 13:10 321

8 dekabr Beynəlxalq Rəssamlar Günüdür

XƏBƏRLƏR
  • 2007-ci ildə “Dünya Xalqları Sənəti” Beynəlxalq Assosiasiyası tərəfindən 8 dekabr Beynəlxalq Rəssamlar Günü kimi təsis edilib. Bu gün tarixdə iz qoyan rəssamları xatırlatmaqla yanaşı həm də rəssamlar bir araya gəlir. Beynəlxalq Rəssamlar Günü dünyanın müxtəlif ölkələrində özünəməxsus tədbirlərlə qeyd edilir.

Qeyd edək ki, rəssamlıq peşəsi qədim sənətlərdən biridir. Hələ ibtidai icma dövründən qədim insanlar daş, qaya üzərində ilk rəsm əsərlərini yaratmağa başlayıblar. Qədim Misirdə ibtidai dünyagörüşü ilə rəsm əsərlərinə ayrıca bir qüvvə kimi baxır və rəssamlara xüsusi hörmət edilərdi. Orta əsrlərdə rəssamlığın əsas istiqamətləri ikon rəssamlığı, freska (suvağı qurumamış divarda sulu boyalarla işlənir) və mozaika yarandı. İntibah dövründə isə bu gün də aktuallığını itirməyən portret janrı inkişaf etməyə başladı.

Bu gün rəssamların iştirakı ilə mədəniyyət müəssisələrində, muzeylərdə, qalereyalarda bir çox müxtəlif tədbirlər təşkil edilir və tematik sərgilər nümayiş etdirilir.

Mina RƏŞİD

Oxşar xəbərlər