20.10.2024, 23:10
AZ EN
08.12.2022, 12:00 313

ABŞ səfirliyi məcburi köçkün şagirdləri təbrik edib

XƏBƏRLƏR
  • ABŞ-nin ölkəmizdəki səfiriliyi Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində və Biləsuvar rayonunda yerləşən Ağdam, Zəngilan, Laçın və Cəbrayıl orta məktəblərindən olan şagirdləri ingilis dili üzrə Access Təqaüd Proqramından məzun olmaları münasibətilə təbrik edib.

Təbrikin Azərbaycan və ingilis dillərində mətni müvafiq fotoşəkillərlə birrgə səfirilin Facebook səhifəsində (https://www.facebook.com/baku.usembassy) yerlşdirilib.

Səfirlik bildirib ki, ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən bu ikiillik proqram şagirdlərin ingilis dilində möhkəm təməl əldə etmələrinə, universitetlərə qəbul və beynəlxalq mübadilə proqramlarına seçilmək şanslarını artırmalarına, ən əsası, gələcəkdə daha yaxşı iş yerlərinə sahib olmalarına kömək edir.

Oxşar xəbərlər