22.11.2024, 19:09
AZ EN
08.04.2022, 11:45 498

Ölkəmizin beynəlxalq nüfuzunun artması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir

XƏBƏRLƏR

Füzuli rayonunda “Ölkəmizin beynəlxalq nüfuzunun artması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir” mövzusunda tədbir keçirilib.

Tədbir Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Horadiz şəhərində yerləşən rayon təhsil şöbəsində reallaşıb.

Toplantıda rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova çıxış edərək, Prezident İlham Əliyevin uğurlu xarici siyasətindən və bu siyasətin ölkəmiz üçün müsbət nəticələrindən söz açıb. Ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasının Prezident İlham Əliyevin şəxsi nüfuzu, yorulmaz fəaliyyəti, yüksək intellekti sayəsində mümkün olduğunu diqqətə çatdıran natiq hazırda Azərbaycana olan müsbət maraqların daha da artdığını vurğulayıb.

Rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev çıxışında ölkəmizin ev sahibliyi etdiyi idman oyunlarının, müxtəlif tədbir və yarışların əslində dövlətimizin dünyada təbliği, Azərbaycana olan maraqların artması baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Yüksək liderlik qabiliyyətinə malik olan Prezident İlham Əliyevin ölkəmizin təhlükəsizliyinin təminatı baxımından olduqca düşünülmüş xarici siyasət yürütdüyünü vurğulayan natiq bu siyasi yolun bizi uğurlu sabahlara aparacağından əminliklə danışıb.

Daha sonra rayon ziyalısı Fazil Məhərrəmov çıxış edərək Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin dünyanın 30-dan çox KİV-nə müsahibə verməsinə və bu müsahibələrdə ölkə başçısının faktlarla, sübutlarla, dəlillərlə, qətiyyətli şəkildə Azərbaycan həqiqətlərini dünyaya çatdırmasına diqqət çəkib.

Ziyalılardan mövzu ətrafında məruzə ilə çıxış edən Arzu Məmmədova Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq ölkəmizin üzv olduğu beynəlxalq təşkilatlardan, beynəlxalq münasibətlər sistemində Azərbaycanın möhkəm mövqeyindən söz açıb.

Sonda Prezident İlham Əliyevin uğurlu xarici siyasətindən bəhs edən videoçarx nümayiş olunub. (AZƏRTAC)

Oxşar xəbərlər