20.10.2024, 12:25
AZ EN
06.12.2022, 13:10 612

Azad edilmiş ərazilərdə vəkil bürolarının fəaliyyəti prioritet məsələlərdəndir

XƏBƏRLƏR
  • Azərbaycan vəkilliyi son beş ildə dövlətimizin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyev tərəfindən Azərbaycan vəkilliyinə yüksək dəstək göstərilir. Bizim də məqsədimiz Azərbaycan vətəndaşlarına daha keyfiyyətli və əlçatan hüquqi yardım göstərməkdir.

Bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov dekabrın 6-da jurnalistlərə müsahibəsində deyib.

A.Bağırov bildirib ki, Azərbaycan vəkilliyi həm forma, həm də məzmunca yenilənir, məhkəmə-hüquq islahatlarının reallaşdırılmasında rol oynayır: “Ölkəmizdə vəkil qurumlarının sayı artır. Bizim üçün prioritet məsələlərdən biri də azad edilmiş ərazilərdə müasir vəkil bürolarının fəaliyyət göstərməsidir. İstəyirik ki, həmin ərazilərdə yaşayan vətəndaşların da hüquqi yardımlara əlçatanlığı təmin olunsun”. (AZƏRTAC)

Oxşar xəbərlər