22.11.2024, 02:40
AZ EN
07.10.2022, 11:50 185

Atasına layiq böyüyür

XƏBƏRLƏR
  • Hərbçi atası onu peşəkar  futbolçu kimi görmək arzusunda idi. Sağlığında oğlu ilə birlikdə hər zaman “Qarabağ”ın oyunlarını izləyib onu döyüşkən futbolçu oalacağına inandırmışdı.

Söhbət İkinci Qarabağ müharibəsində şəhidliyin zirvəsinə ucalan polkovnik-leytenant Vidadi Xəlilovun oğlu 8 yaşlı Əli Xəlilovdan gedir.

Qeyd edək ki, hazırda Göyçayda futbol məşqlərini davam etdirən Əlinin ən böyük arzusunu “Qarabağ” Furbol Klubunun Baş məşqçisi Qurban Qurbanov reallaşdırıb.

Əli deyir ki, mən 3-cü sinifdə oxuyuram, 8 yaşım var. Qarşıma məqsəd qoymuşam ki, gələcəkdə tanınmış bir hücumçu-futbolçu olum. Ona görə də mən həftədə 3 dəfə məşqə gəlirəm və dostlarımla birlikdə məşq edirəm.

Həvəskar futbolçu Vətən müharibəsinin şəhidi polkovnik-leytenant Vidadi Xəlilovun bizlərə əmanətidir.

Özü balaca olsa da arzuları böyükdür Əlinin. O qısa zamanda komandaya qatılsa da həmyaşıdlarından xeyli fərqlənir. Məşqçisi Elman Hüseynov deyir ki, bu uşağın texnikası, cəldliyi, fərqli xüsussiyyətləri var. Ona görə də biz onu hücumçu təyin elədik və o özünü doğrultdu. Güman edirəm ki, Azərbaycana yaxşı futbolçu kimi yetişəcək.

Əli deyir ki, Qurban Qurbanovla, digər futbolçularla görüşmək xəyalım gerçəkləşib. Bu görüş məni çox həvəsləndirib. Mən çox istəyirəm ki, gələcəkdə “Qarabağ”  komandasının hücumçu- oyunçusu olum.

Əlinin anası Nərminə Xəlilova əlavə etdi ki, Qurban Qurbanov biləndə ki, Əli şəhid övladıdı və onun komandasına böyük rəğbəti var, onun şəxsi üzvləri ilə görüşmək istəyir, peşəkar butbolçuları, orda çalışan hücumçuları, qapıçıları bir yerə yığıb məmnuniyyətlə bu görüşə şərait yartdı. Hesab edirəm ki, bu görüş Əlinin gələcəkdə “Qarabağ” komandasında çalışmasının ilk pilləsi idi.

Xatırladaq  ki, Vidadi Xəlilov  44 günlük Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə fəal iştirak edib. Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Göstərdiyi şücaətə görə müxtəlif medallara layiq görülüb.

İnanırıq ki, oğlu  Əli də gələcəkdə alacağı medallarla atasının adını uca tutacaq, ruhunu şad edəcək.

Əliyə böyük uğurlar arzulayırıq!

Hazırladı: Tahirə AĞAMİRZƏ  

Oxşar xəbərlər

SON XƏBƏRLƏR