02.05.2025, 03:22
AZ EN
02.12.2022, 17:09 280

Əlillər günüylə bağlı festival keçirilib

XƏBƏRLƏR
  • Bu gün 3 dekabr Beynəlxalq Əlillər günü münasibətiylə festival keçirilib. Tədbir Heydər Əliyev Fondu, Əmək və Əhalinin sosial Müdafiə Nazirliyi, Regional İnkşaf İctimai Birliyi və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə Şərq bazarı Kompleksində olub. Festivalda rəsmi qonaqlarla bərabər uşaqlar üçün xidmət müəssisələri və internat məktəblərinin şagirdləri də iştirak etiblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Hidayət Abdullayev çıxışında bildirdi ki, tədbir günümüzdə mühüm əhəmiyyətə malikdir: “Nazirliyin bir şüarı var ki, əlillik qüsur deyil, əlilliyi olan şəxslərin sosial təcrid mühitindən azad edən və onları cəmiyyətə inteqrasiya edən tədbirlər planı həyata keçirilir. Əlilliyi olan şəxslərin problemləri bundan sonra da hər zaman nazirliyin diqqət mərkəzində olacaqdır”. Festivalda çıxış edən Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva bildirdi ki, əlilliyi olan insanlara dövlət qayğısı göz önündədir.  Prezidentin, xüsusilə də Mehriban xanımın səyləri nəticəsində məşğulluq, idman və s. sahələrdə onlar uğurlar qazanırlar. Bu gün onların nümayəndələrinin bir hissəsi də buradadır.

Sonra əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə 6-cı ümumrespublika yarışının qalibləri mükafatlandırıldı.

Festival əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgi yarmarkasının təşkili və bədii əyləncəli proqramlarla davam etdi. Festivalda uşaqlar üçün intellektual oyunlar, müsabiqələr və ustad dərsləri də keçirildi.   

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər