23.12.2024, 08:20
AZ EN
28.11.2022, 16:30 339

Fariz Nəcəfov: "İmkanım olsa, indi köçərəm Ağdama"

XƏBƏRLƏR
  • “Qorxmaq nədir? Qətiyyən ölümdən qorxmurdum. Ağlım kəsəndən bu tərəfə hər şey yadımdadır. Mənim 15 yaşım var idi. O vaxt kənddə kağız şəklində dəvətnamə yox idi. Yaşadığım məhlədə xeyir və ya şər olanda kəndimizdəki 300 evin hər birinə xəbər verirdim ki, belə bir şey var. O evlərin hər birinin qapısı, girişi yadımdadır. Bizim kənd ən son işğal olunmuş kənd idi. Bizdə qalan kəndlərə gedib öz kəndimizi izləyirdim. Həddindən artıq o yerlərə bağlı idim. İmkanım olsa, indi köçərəm Ağdama”.

Bu sözləri Ağdamın Kəngərli kəndindən olan, 44 günlük Vətən müharibəsinin iştirakçısı, “Qəbələ” futbol klubunun prezidenti Fariz Nəcəfov deyib. O, Ağdamda tikiləcək “İmarət” stadionundan danışıb: “Gözəl stadion tikiləcək. Əgər həmin vaxta qədər “Qəbələ”də qalsam, orda oynamaq əla hiss olacaq”.

F.Nəcəfov videosu aşağıdakı linkdə:

https://fb.watch/h4sab-c9cg/

Oxşar xəbərlər