Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, noyabrın 22-də daxil olmuş məlumat əsasında polis, prokurorluq və təhlükəsizlik xidməti əməkdaşlarının iştirakı ilə işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində aparılan qazıntılar zamanı oradan insan sümükləri aşkar olunub.
Onların 1992-ci ildə öldürülərək basdırılması ehtimal olunur.
Sümüklərin kimə aid olması müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib.
(APA)