Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fərid Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib və müharibənin ən çətin yollarından keçib. Dostlarına, yoldaşlarına sipər olub. Düşmənin keçilməz səddini keçdi, döyüşdü. Qarabağı azad görmək ona nəsib olacaqdımı, bilmirdi, bircə onu bilirdi ki, bu döyüşdən geri döndü yoxdu, qələbə qazanılmalıydı. Düşmənin yağış kimi yağdırdığı güllələrinə məhəl qoymadan düşmən qüvvələrini topa tuturdu. Oktyabrın 15-i isə həyatı ilə ölüm arasında gedən savaşla pəncələşdi. Artıq bu qəhrəman igid oğlumuzu düşmən hədəfə almışdı. Fərid Fərəcov 2020-ci il oktyabrın 20-də Füzuli uğrundakı döyüşdə qəhrəmanlıqla şəhidliyin ali məqamına yüksəldi.
Olümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
İndi Ağcabədi rayonunun Muğanlı kənd qəbristanlığındakı məzarı ziyarətgaha çevrilib. Onu ziyarətə gələnlərin sayı isə günbəgün artır.
Məkanında rahat yat, Şəhidim! Canından çox sevdiyin Qarabağı silahdaşların azad etdi və sənin, sənin kimi yüzlərlə qəhrəman Vətən oğlunun qisası alındı.
Tahirə AĞAMİRZƏ