05.12.2024, 06:15
AZ EN
09.11.2022, 16:35 238

7 nəfər COVID-19-a yoluxub, vəfat edən yoxdur

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 51 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə yaydığı məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 823 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 405 nəfər müalicə olunaraq sağalıb, 9 957 nəfər vəfat edib, aktiv xəstə sayı 222 nəfərdir.

Ölkədə son sutka ərzində 1 740, hazırkı dövrədək isə 7 337 855 test aparılıb.

Son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb. Nazirlər Kabineti yanında Operativ Qərargah bu barədə məlumat yayıb. Məlumata görə,  indiyədək vurulan vaksinlərin ümumi sayı 13 914 000, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 390 668, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 872 032, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 388 040, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 260 nəfər təşkil edir.

Oxşar xəbərlər