Görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı bildirilib ki, regionlarda keçirilən səyyar görüşlərin məqsədi yerlərdə əhalinin üzləşdiyi problemlərin operativ şəkildə müəyyən edilməsi, həll imkanlarının dəyərləndirilməsi və sosial rifahın artırılmasıdır. Daha sonra rayon rəhbəri qəbul iştirakçılarına işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən və qayıdışla bağlı görülən tədbirlərdən danışıb.
Qəbulda rayon sakinləri tərəfindən səsləndirilən təkliflər və problemlər diqqətlə dinlənilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, digərlərinin araşdırılması və icrası nəzarətə götürülüb.