Vətən müharibəsindəki şanlı Zəfərimizin ikinci ildönümü ölkəmizdə olduğu kimi, qardaş Türkiyədə də silsilə tədbirlərlə qeyd edilir. Bu çərçivədə Türkiyənin ən qədim şəhərlərindən biri olan Kayseri şəhərində “Qardaşlıq Parkı” salınıb. Ötən ay isə bu şəhərdə Kayseri ilə Şuşanın qardaşlaşması haqqında qərar qəbul edilmiş, protokol imzalanmışdır. Elə bu qardaşlığın nümunəsidir ki, Kayseridə “Qardaşlıq Parkı”, eyni zamanda burada Şuşadakı “İsa bulağı”nın prototipi olan “İsa bulağı da” yaradılıb.
Təqdirə layiq haldır ki, Zəfərimizə həsr olunan parkda, facilərimiz də unudulmur. Burada Xocalı soyqırımına dair anıt abidə var və bu parka gələn insanlar burada Xocalı faciəsi haqqında məlumat da əldə edirlər. Onu da qeyd edək ki, bu park Erces Universitetinin yaşayış massivinin girişində salınıb. Bu universitet Türkiyənin ən nüfuzlu universitetlərindən biridir. Burda həm yerli, həm də xarici ölkələrdən olan tələbələr təhsil alırlar. Həqiqətlərimizin müxtəlif ölkələrə çatdırılması baxımından parkın burada yaradılması olduqca böyük əhəmiyyət kəsb edir. Bugünkü silsilə tədbirlər Azərbaycanin Diaporla İş üzrə Dövlər Komitəsinin Azərbaycan Türkiyə Təhsil, Mədəniyyət və Yardımlaşma dərnəyi və yerli icra strukturları ilə əməkdaşlıq şəraitində təşkil edilib.
Hazırladı: Tahirə AĞAMİRZƏ