05.02.2026, 18:28
AZ EN
05.02.2026, 16:00 194

Qərbi Azərbaycanla bağlı yeni layihə

XƏBƏRLƏR
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Qərbi Azərbaycan İrsini Tanı” Gənclər Forumu layihəsinə start verilib.

"İRƏLİ” İctimai Birliyinin verdiyi məlumata görə fevral-aprel aylarını əhatə edəcək layihənin məqsədi Qərbi Azərbaycanın zəngin mədəni irsini qorumaq, təbliğ etmək, bölgənin tarixi, adət-ənənə, folklor və incəsənət nümunələrini ictimaiyyətə çatdırmaqdır. Layihə çərçivəsində istedadlı və yaradıcı gənclərin potensialını bu mövzuya yönəltmək və onların fəaliyyətini dəstəkləməkdir. Layihə gənclər arasında təşəbbüskarlığı və innovativ yanaşmaları stimullaşdıraraq, Qərbi Azərbaycan mədəniyyətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində davamlı inkişafı hədəfləyir.

16-29 yaş aralığında, istedadlı və yaradıcı gənclərin potensialını bu mövzuya yönəltmək və onların bu sahə üzrə fəaliyyətlərini dəstəkləməyi hədəfləyən layihə çərçivəsində silsilə tədbirlər həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə Bakı və Sumqayıt şəhərlərində konfrans, foto sərgi, intellektual çempionat, bədii proqram və “Qərbi Azərbaycan Mədəniyyəti İrsi” Gənclər Forumu təşkil olunacaq.

Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün İRƏLİ İctimai Birliyinin sosial media hesablarını izləmək tövsiyə edilir. Tədbirlərin tarixi və iştirak qaydası mütəmadi olaraq paylaşılacaqdır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər