İcra başçısı Alı Alıyev dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə bu cür görüşlərin mütamadi keçirildiyini və müsbət nəticələrin əldə edildiyini qeyd etdi.
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənildi və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Hazırladı: Mina RƏŞİD