07.02.2026, 03:38
AZ EN
29.01.2026, 11:39 207

Qarabağ Universitetinin rektoru və müəllimi mükafata layiq görülüb

XƏBƏRLƏR
  • Təhsil sahəsində fərqlənən ziyalıların fəaliyyətini qiymətləndirmək məqsədilə təsis edilən “Firidun bəy Köçərli” mükafatının 2026-cı il üçün qalibləri açıqlanıb.

AzEdu.az Təhsil Portalı tərəfindən təsis edilmiş “Firidun bəy Köçərli” mükafatına bu il 10 nəfər layiq görülüb. Portalın ekspert qrupunun apardığı geniş müzakirə və qiymətləndirmələr nəticəsində seçilən namizədlər təhsil sahəsindəki səmərəli fəaliyyətlərinə görə mükafatlandırılıblar.

Qaliblər sırasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov və həmin universitetin müəllimi Arzu Şükürova da yer alıb.

Qeyd edək ki, Şahin Bayramov ali təhsildə innovativ metodların tətbiqi, tədqiqatyönümlü fəaliyyət proqramlarının uğurla həyata keçirilməsi və peşəkar idarəetmə sahəsindəki nailiyyətlərinə görə təltif edilib. Arzu Şükürova isə ali təhsil seqmentində nümunəvi və fədakar müəllim obrazının təbliği istiqamətində göstərdiyi fəaliyyətə görə mükafata layiq görülüb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər