27.01.2026, 14:48
AZ EN
19.01.2026, 14:30 157

“Qanlı Şanlı Tarix” adlı tədbir keçirilib

XƏBƏRLƏR
  • Bu gün Zəngilan rayon İcra Hakimiyyətinin təşəbbüsü, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə tabeli Zəngilan rayon Mədəniyyət Evinin əməkdaşlarının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “Qanlı Şanlı Tarix” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Zəngilan şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Tural Salmanovun ifasında “Şəhidlər” mahnısı səsləndirilib. Sonda “20 yanvarda doğulanlar” filmi nümayiş olunub.

Mina RƏŞİD

Oxşar xəbərlər