TASS agentliyi xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Dubayda keçirilən Ümumdünya Hökumət Sammitindəki çıxışında bildirib. O bəyan edib ki, bəşəriyyət gec-tez yeni “X xəstəliyi” ilə üz-üzə qalacaq və buna artıq indidən hazırlaşmaq lazımdır.
“COVID-19 pandemiyasından aldığımız ağrılı-acılı dərslər unudulmaq riski qarşısındadır, çünki diqqət dünyamızın qarşılaşdığı digər çoxsaylı böhranlara yönəlir”, - deyən Qebreyesus xəbərdarlıq edib ki, bu, onlara növbəti dəfə baha başa gələcək. Onun sözlərinə görə, söhbət yeni pandemiyanın baş qaldırıb-qaldırmayacağından yox, bunun nə vaxt baş verəcəyindən gedir. “İşlərin hazırkı vəziyyəti ilə bağlı dünya əvvəlki kimi növbəti “X xəstəliyi”nə və daha bir pandemiyaya hazır deyil. Əgər bu, sabah baş verərsə, o halda dünya COVID-19-la bağlı vəziyyətdəki kimi eyni problemlərin əksəriyyəti ilə qarşılaşardı”, - deyə ÜST-nin başçısı bildirib.
Baş direktor onu da qeyd edib ki, yeni pandemiya qrip virusu və ya daha bir koronavirusla, yaxud da hətta bilmədiyimiz yeni patogen ilə, - buna görə biz onu “X xəstəliyi” adlandırırıq, - yarana bilər. Qebreyesus xatırladıb ki, “X xəstəliyi” terminini ÜST-də ilk dəfə 2018-ci ildə barəsində mütəxəssislərə heç nə məlum olmayan, lakin buna hazırlaşmaq lazım olması barədə xəstəliyi işarələmək üçün istifadə olunub. “COVID-19 “X xəstəliyi” idi – yeni xəstəliyə səbəb olan yeni patogen idi”, - deyə ÜST-nin başçısı izah edib.
Bununla bağlı Qebreyesus pandemiyalara hazırlıq barədə beynəlxalq Sazişin işlənib hazırlanması üzrə ÜST-də aparılan məsləhətləşmələrin gedişində yaranan fikir ayrılığını adlatmağa çağırıb. (AZƏRTAC)