Bu fikirləri bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi Taybəs Quliyeva bildirib.
Torpaq həsrəti ilə yaşadığını, illərlə bu günü gözlədiyini deyən T.Quliyeva vurğulayıb: "Gəncliyimiz geri qayıtmasa da, o həvəs, o eşq hələ də içimizdə yaşayır. İndi məqsədimiz odur ki, doğma yurdumuzda yenidən həyat quraq, yaradaq, yaşayaq və kəndimizi əvvəlkindən də gözəl, abad bir hala gətirək. Şükürlər olsun ki, bu gün orada müasir infrastruktur yaradılıb, çox gözəl şərait təmin olunub".
O, həmçinin Ali Baş Komandan İlham Əliyevə yaratdığı şəraitə görə təşəkkür edib, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna minnətdarlığını bildirib, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyib. (AZƏRTAC)