Tədbirdə Türkiyə Böyük Millət Məclisinin deputatları, diplomatlar, elm və ictimaiyyət xadimləri, mətbuat nümayəndələri iştirak ediblər.
Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti Azərbaycanı beynəlxalq güc mərkəzlərindən birinə çevirib.
Heydər Əliyevin ən böyük arzusunun Qarabağın azad olması olduğunu xatırladan türkiyəli deputat Azərbaycanın zəfərini “bütün Türk dünyasının sevinc və qurur mənbəyi” adlandırıb.
Ş. Ayrım “Bütün tədbirlərdə Azərbaycanın tarixi zəfərindən bəhs etmək hər birimizin borcudur. Azad olunan ərazilərdə bu gün müasir “ağıllı şəhərlər” inşa edilir, böyük infrastruktur layihələri həyata keçirilir. Beynəlxalq tədbirlər bütün dünyanın diqqətini Qarabağa çevirir. Bu, tarixi yenidən yazan Prezident İlham Əliyevin əsəridir”, deyib.
Azərbaycan səfirliyinin müşaviri Füzuli Məcidli bugünkü qüdrətli Azərbaycanın möhkəm və sarsılmaz özüllərinin ümummilli lider Heydər Əliyev tərəfindən atıldığını qeyd edib. Diplomat Heydər Əliyevin mütərəqqi siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayıb.
Çıxış edənlər Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığını bəyan ediblər.
“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva strateji mövqedə yerləşən Azərbaycanın tarix boyunca təhlükələrlə üzləşdiyini deyib. O, bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, gücünü, birliyini nümayiş etdirib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz bütün dünyaya Azərbaycanın şanlı qələbəsini elan edib.
İctimai Birliyinin sədri kitab təqdimatına təşkilati dəstək verən Jurnalistlər Cəmiyyətinə təşəkkür edib. (AZERTAC)