16.12.2025, 20:05
AZ EN
16.12.2025, 17:10 84

“Qədim Azərbaycan şəhəri İrəvan: tarixi və mədəni irsi” kitabının təqdimatı keçirilib

XƏBƏRLƏR
  • Gəncə Dövlət Universitetində Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvanın tarixinə işıq salan “Qədim Azərbaycan şəhəri İrəvan: tarixi və mədəni irsi” adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbir həm elmi ictimaiyyətin, həm də gənc nəslin tarixi həqiqətlərlə tanışlığı baxımından böyük marağa səbəb olub.

Bu barədə Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən məlumat verilib.

Bildirilib ki, yeni nəşr təkcə publisistik material deyil, həm də ciddi elmi tədqiqatın məhsuludur. Layihə rəhbəri və müəlliflərdən biri, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov qeyd edib ki, kitab “İrəvan rəqəmsal arxivlərdə” layihəsi çərçivəsində hazırlanıb. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşan bu iş, İrəvanın əsl simasını rəqəmsal arxiv sənədləri vasitəsilə yenidən canlandırmağı hədəfləyir.

Gəncə Dövlət Universitetində (GDU) Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvanın tarixinə işıq salan “Qədim Azərbaycan şəhəri İrəvan: tarixi və mədəni irsi” adlı kitabın geniştərkibli təqdimat mərasimi keçirilib. Tədbir həm elmi ictimaiyyətin, həm də gənc nəslin tarixi həqiqətlərlə tanışlığı baxımından böyük marağa səbəb olub.

“Qədim Azərbaycan şəhəri İrəvan: tarixi və mədəni irsi” adlı kitabın müəllifləri Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, GDU-nun Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə və  Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdış İctimai Birliyinin sədri Firuzə İsgəndərovadır. Nəşrin redaktoru Gələcək Naminə Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Tural İsaqovdur. Kitabın ön söz hissəsində millət vəkili,  Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadənin fikirləri yer alıb.

Tədbirdə çıxış edən universitetin tanınmış alimləri kitabın metodoloji üstünlüklərindən bəhs ediblər. Xüsusilə vurğulayıblar ki, müəlliflərin arxivlərə əsaslanan yanaşması, müqayisəli tədqiqat metodu, faktların dəqiqliyə sadiqliyi əsərin dəyərini daha da artırır. Bu nəşr, Azərbaycanın tarixi torpaqları barədə həqiqətlərin həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə təbliği yolunda növbəti uğurlu addımdır.

Mina RƏŞİD

Oxşar xəbərlər