08.09.2024, 07:16
AZ EN
24.10.2022, 17:19 386

İgidliyi ilə tanınır

XƏBƏRLƏR

Öz tarixinin şanlı zəfərini yaşayan Azərbaycan Respublikası son əsrlərin torpaq itkisindən birdəfəlik qurtuldu. Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və məqsədyönlü siyasəti bizə bu xoşbəxtliyi yaşatdı. Bu müqəddəs savaşda minlərlə şəhid, qazi özünü vətənə qurban elədi. Belə igid oğullardan biri də 2-ci qrup əlil Cəfərov Gəray Səfər oğludur. O, 1982-ci il mayın 9-da Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olub. 1988-ci ildə 1-ci sinifə gedən G.Cəfərov məlum hadisələrlə bağlı on birinci sinfi məcburi köçkün məktəbində başa vurub. 2000-ci ilin iyulunda hərbi xidmətə çağırılıb və Bakı Birləşmiş Komandirlər Məktəbində xidmət edib. Hərbi xidmətdən tərxis olunandan sonra 2008-ci ilə qədər Aranqala qəsəbəsindəki xəstəxanada ocaqçı işləyib. Sonra isə Təlim Tədris Mərkəzində tank üzrə kurs keçmiş və 2010-cu il 10 apreldə buranı bitirmişdir. Gəray Cəfərov 2016-cı il aprel döyüşlərinin iştirakçısı kimi Vətən müharibəsində də igidlik göstərmişdir. Söhbət zamanı bildirdi ki, komandiri leytenant Təbriz Rəsulzadə şəhid olmuşdur. Özü isə 29 sentyabr 2020-ci ildə saat beşin yarısında yaralanaraq hərbi hospitala göndərilib. Həmin ilin 29 dekabrından 2021-ci ilin 24 aprelinə qədər müxtəlif hospitallarda müalicə alıb və 24 aprel tarixində tərxis olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə “Qüsursuz xidmətə görə”, “Azərbaycan Ordusunun 100 illiyi”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib. Yeddi dəfə fəxri-fərman almış G.Cəfərov 4 oğul, 1 qız atasıdır.     

 

İsa Musayev

Oxşar xəbərlər