Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir noyabrın 21-i saat 09:00-da “Aghdam City Hotel”də (Ağdam şəhəri, M. F. Axundzadə küçəsi) təşkil olunacaq.
Yarmarkada mütəxəssis, xəzinədar, qənnadçı, nəzarətçi, qeydiyyatçı və digər işlər üzrə 67 vakansiya təqdim ediləcək.
Aktiv məşğulluq tədbirinin iştirakçılarına agentliyin icra etdiyi layihə və tədbirlər, həmçinin vakansiyalar, iş öhdəlikləri barədə ətraflı məlumat veriləcək. (AZƏRTAC)