Bu sözləri bu gün Zəngilan rayonunun Məmmədbəyli kəndinə qayıdan keçmiş məcburi köçkün Baxışəliyeva Gülxanım deyib.
"Doğma yurduma qayıdacağıma həmişə inanmışam. Pis günlərimiz daha olmasın, qonşularımı gördüm daha sevindim. Bu günü bizə bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Ordumuza sonsuz minnətdarlığımı bildirirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Həmçinin, bizi elimizə yola salan hər kəsə təşəkkür edirəm", - deyə o qeyd edib. (Report)