19.11.2025, 14:44
AZ EN
14.11.2025, 07:34 214

Keçmiş məcburi köçkün: Otuz illik əziyyətdən sonra yurdumuza qayıdırıq

XƏBƏRLƏR
  • Otuz ildə çox əziyyətlər çəkdik. Şükür Allaha, yurdumuza qayıdırıq.

Bunları Zəngilan rayonunun Ağalı kəndinə qayıdan keçmiş məcburi köçkün Şamil Məmmədov deyib.

"Allah hamıdan razı olsun. Xüsusən torpaqlarımızın azad edilməsi üçün can vermiş şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə, veteranlarımıza can sağlığı versin. Bizim qayıtmağımıza onlar səbəbkar oldular. Yolumuzu gözləyən kəndimizə qayıtmağımıza səbəbkar və yardımçı olan hər kəsə təşəkkür edirəm", - o deyib.

Qeyd edək ki, bu gün Zəngilan rayonunun Ağalı kəndinə 41 ailə - 110 nəfər köçürülüb.

Ağalı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. (Report)

Oxşar xəbərlər