15.10.2025, 20:20
AZ EN
15.10.2025, 16:30 52

"Qərbi Azərbaycan irsi” kitabının növbəti təqdimatı olub

XƏBƏRLƏR
  • Bakının Nizami  rayonunda “Qərbi Azərbaycan irsi” kitabının növbəti təqdimatı keçirilib.

 Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyi  32 nömrəli məktəbdə şagirdlər və gənclərin iştirakı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı və “Qərbi Azərbaycan – əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda maarifləndirici tədbir təşkil edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi Xəqani Səfərov çıxış edərək, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin salamlarını tədbir iştirakçılarına çatdırıb. O, “Qərbi Azərbaycan irsi” kitabında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəni irsi, görkəmli şəxsiyyətləri və toponimləri barədə ətraflı məlumat verildiyini qeyd edib və bu sahədə maarifləndirmə işlərinin vacibliyini vurğulayıb.

Sonra Qərbi Azərbaycan İcmasının koordinatorları Əhməd Rzayev və İman Məmmədov, 32 nömrəli məktəbin direktoru Sevda Abdullayeva, hüquqşünas Natəvan Muradova, tələbələr Əli Cəfərov, Arzu Balakişiyeva, Nuray Mehdiyeva, Güney Mirzəyeva, Gənclərlə iş üzrə məsul şəxs Anay Mirzəzadə, ağsaqqal Siyavuş Əsgərov, Slavyan Universitetinin dosenti Dürdanə Hümbətova və Kimya-biologiya təmayüllü liseyin müəlliməsi Minarə Əhmədbəyli çıxış ediblər.

Natiqlər Qərbi Azərbaycanın tarixi ədalətsizliklərə məruz qalması, soydaşlarımızın doğma yurdlarından didərgin salınması, həmçinin bu torpaqlara qayıdışın milli hədəf kimi önəmi barədə fikirlərini bölüşüblər. Çıxışlarda milli yaddaşın qorunmasının zəruriliyi, “Qərbi Azərbaycana Qayıdış” ideyasının yaşadılması və gələcək nəsillərə ötürülməsinin vacibliyi xüsusi vurğulanıb.

Tədbirin sonunda bir sıra iştirakçılara Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqələri təqdim olunub, şagirdləri və gəncləri maraqlandıran suallar cavablandırılıb və sonda xatirə fotosu çəkilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər