09.10.2025, 03:01
AZ EN
08.10.2025, 14:19 216

Zəngilan sakinlərinin növbəti səyyar qəbulu Binəqədi rayonunda keçirilib

XƏBƏRLƏR
  • Zəngilan rayon İcra hakimiyyəti başçısının növbəti səyyar qəbulu Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 103 saylı tam orta məktəbin akt zalında keçirilib. Görüşdə rayon rəhbəri ilə yanaşı icra başçısının müavinləri, aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərləri iştirak ediblər.

Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənov ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə danışıb. 

Daha sonra sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinləyərək bəzi məsələlərin həlli üçün tapşırıqlar verib. Digər məsələlərin qanunamüvafiq formada həlli üçün aidiyyəti qurumlara müraciət olunacağını bildirib.

Rayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış bir çox məsələlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Mina RƏŞİD

Oxşar xəbərlər