10.10.2025, 08:35
AZ EN
08.10.2025, 09:00 329

Bu gün şəhid Rasim Məmmədovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Vətən uğrunda canından keçən şəhid Məmmədov Rasim Oktay oğlunun doğum günüdür. O, 8 oktyabr 1987-ci ildə Bakı şəhərinin Xətai rayonunda anadan olub. Xətai rayonunda 254 nömrəli məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsilə yiyələnib. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətini bitirdikdən sonra Azərbaycan Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında xidmət edib.

Azərbaycan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının çavuşu olan Məmmədov Rasim Oktay oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhadətə ucalıb.

DİN-in Əlahiddə Çevik Polis Alayının Maddi-texniki təminat xidmətlərinin Təminat bölüyünün sabiq polis nəfəri-sürücü, polis serjantı Məmmədov Rasim Oktay oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə görə ölkə Prezidenti tərəfindən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Şəhid Rasim Məmmədov Bakı şəhərində böyük izdiham və ehtiramla torpağa tapşırılıb. Şəhidimiz ailəli idi, onun iki övladı Vətənə əmanətdir.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər