15.01.2026, 21:21
AZ EN
26.09.2025, 08:28 261

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı rayon sakinləri ilə növbəti səyyar qəbul keçirib

XƏBƏRLƏR
  • Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu  Abşeron rayonu Nübar qəsəbəsində yerləşən, Milli Qəhrəman Şükür Həmidov adına Xanlıq kənd 3 saylı tam orta məktəbində keçirilib.

Qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib.

Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerində həll olunub. Bəzi məsələlər üçün müvafiq izahatlar verilib. Digər müracət edənlər isə görülən işlərə görə minnətdarlıq bildirdiblər. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Qəbuldan razı qaldıqlarını bildirən sakinlər, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildiriblər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər