21.09.2024, 21:32
AZ EN
17.01.2024, 10:32 292

Məcburi köçkünlərin məskunlaşdığı qəzalı binalar yenidən qurulacaq

XƏBƏRLƏR

Bakı şəhərində məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilər yüngül sənaye sahələrinə çevriuləcək.

"Vətən səsi" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, Bakının Baş planına əsasən, mərkəzi zonalarda yalnız yüngül sənaye sahələri qalacaq. Buraya hazırda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanalar, yarımçıq və qəza vəziyyətində olan binalar da daxildir: "Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların bəziləri qəzalı vəziyyətə çox yaxındır. Belə binalarda məskunlaşmış ailələrin Qarabağa köçürülməsi prosesi müvafiq qaydada davam etdirilir. İnsanlar köçürüldükdən sonra həmin binaların da digərlər qəzalı binalar kimi yenidən qurulması nəzərdə tutulur. Artıq yanaşmalar kompleks olacaq. Bu da şəhərdə müvafiq istirahət yerlərinin, yaşıllıqların planlaşdırılmasına zəmin yaradır".

Elxan SALAHOV

Oxşar xəbərlər