Tədbir Qubadlı Rayon İcra Hakimiyyəti, rayon üzrə gənclər və idman sektoru, rayon Polis Şöbəsi, Mərdanlı kənd tam orta məktəbi və Uşaq Səfirlər Məclisinin Qubadlı rayonu üzrə nümayəndələrinin birgə təşkilatçılığı ilə məktəbdə keçirilib.
Tədbirdə İcra Hakimiyyətinin əməkdaşı Aytən Məmmədova, gənclər və idman sektorunun əməkdaşı Pərvin Rəsulov, Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşı, polis kapitanı Ruslan İbadov, məktəbin direktoru Könül Kərimova, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri Sara Hüseynli və Coşqun Camallı iştirak ediblər.
İştirakçılara yol hərəkəti qaydaları barədə ətraflı məlumat verilib.
Məktəbin şagirdlərinin təqdimatında yol nişanları və onların tələbləri şərh olunaraq nümayiş etdirilib.
Hazırladı: Mina RƏŞİD