20.10.2024, 01:45
AZ EN
10.10.2022, 10:20 322

“Vətən fədailəri: İmişli şəhidləri” kitabı təqdim edilib

XƏBƏRLƏR
  • Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Manya Səxavətqızının “Vətən fədailəri: İmişli şəhidləri” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, millət vəkilləri, şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları iştirak ediblər. Çıxış edənlər Vətən müharibəsində qazanılan qələbənin tariximizdə mühüm yer tutduğu, bu zəfərin əsrlər sonra da xalqımız tərəfindən qürur və iftixar hissi ilə yad ediləcəyi bildirilib. Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanların müqəddəs xatirəsinın daim qəlblərdə yaşayacağı vurğulanıb.

Şəhidlərin doğmaları tədbirdə iştirak edərək əzizlərinin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və yazdığı kitablarla şəhidlərimizin xatirəsini əbədiləşdirən şairə-publisist Manya Səxavətqızına minnətdarlıqlarını bildiriblər

 Tədbirin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında “Biz ölsək də, ana Vətən yaşasın” adlı bədii kompozisiya təqdim olunub.

Mina RƏŞİD

Oxşar xəbərlər