Qeyd edək ki, Şəhidlər Xiyabanını 27 sentyabr tarixli Anım Günündə rayon sakinləri, məktəblilər ziyarət edib. Cəlilabad Şəhidlər Xiyabanın ümumi sahəsi 1 hektardır.
Simran Əlizadə, Vətən müharibəsi iştirakçısı:
-Azərbaycanda ilk dəfə olaraq məhz Cəlilabad rayonunda ucaldılmış bu abidə-kompleksində şəhidlərin baralyefinin ətrafında quraşdırılmış bu onlayn QR kod vasitəsilə şəhidlərimiz haqqında məlumatı daha rahat əldə etmək mümkündür.
Fatimə Mirzəyeva, məktəbli:
-QR kod vasitəsilə müəllimiz şəhidlərimiz haqqında daha çox məlumat verdi. Biz həmişə bura şəhidlərimizi ziyarət etmək üçün gələcəyik. Mənə də çox xoşdur ki, şəhidlərimizi daha yaxından tanıyım.
Qeyd edək ki, Şəhirdlər Xiyabanını 27 sentyabr tarixli Anım Günündə rayon sakinləri, məktəblilər ziyarət edib. CəlilabadŞəhidlər Xiyabanın ümumi sahəsi 1 hektardır.
Ziyəddin İbrahimov, şəhid atası:
-Bu möhtəşəm abidə önündə Vətən müharibəsi şəhidlərimizin əziz xatirəsini bir daha ehtiramla yad edirik. Şəhidlərimizin ruhuna Allahdan rəhmət diləyirik. Bu gün şəhərimizdəki Şəhidlər Parkı Abidə Kompleksi müqəddəs bir məkan kimi bütün vətəndaşların ziyarətgahına çevrilib.
Həsənxan Qasımov, şəhid atası:
-Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir, qazilər və şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir.
Onu da qeyd edək ki, Xiyabanda xüsusi işıqlandırma sistemi də quraşdırılıb, ərazidə yaşıllaşdırma və landşaf dizayn işləri aparılıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ