21.09.2024, 20:59
AZ EN
06.10.2022, 16:25 374

“Döyüşçünün zirehli hərb geyimi” adlı nağıl kitabı təqdim edilib

XƏBƏRLƏR
  • AMEA-nın “Elm” Nəşriyyatının direktor müavini Vüqar Haqverdiyevin müəllifi olduğu “Döyüşçünün zirehli hərb geyimi” adlı nağıl Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2022-ci ildə buraxılacaq nəşrlərin siyahısına daxil edilmişdi. Qeyd edək ki, həmin nağıl 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş “Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsində “Döyüşçünün zirehli hərb geyimi” eksponatına həsr olunmuş “Ən yaxşı hekayə” kateqoriyası üzrə qalib gəlmiş əsərlərdən biridir. Beləliklə, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həmin kitab artıq işıq üzü görüb. Kitabın təqdimatı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisində oktyabrın 5-də keçirilib.

Məlumat üçün onu da əlavə edək ki, kitabın müəllifi Vüqar Haqverdiyev Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. O, müəllifi olduğu analitik məqalələrə, uşaq nağıllarına və cizgi film ssenarilərinə görə dəfələrlə nüfuzlu jurnalist, ədəbiyyat və ssenari müsabiqələrində yüksək yerlərə layiq görülüb.

Mina RƏŞİD

Oxşar xəbərlər