20.10.2024, 16:35
AZ EN
06.10.2022, 14:34 164

Cəsurluq qanındadır

XƏBƏRLƏR
  • Vətənə ana deyirik, ona görə ki, Vətən anamızın da anasıdır. Bu mənada hər bir kəsin vətən sevgisi sonsuzdur, lazımi məqamda canını belə ondan əsirgəmir. Biz birinci Qarabağ müharibəsində, eləcə də Vətən müharibəsində bunun şahidi olmuşuq. Belə övladlarımızdan biri də əslən Zəngilan rayonundan olan Abbaslı Abbas Yaşar oğludur.

O, 29 dekabr 1996-cı ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Seymur Məmmədov adına 301 saylı tam orta məktəbə qəbul olunub. 2010-cu ildə 8-ci sinifi bitirərək Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 2013-cü ildə oranı bitirərək imtahan verib Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunaraq, ekologiya mühəndisliyi ixtisasi üzrə bakalavr təhsili alıb, hərbi xidmətə çağırılıb. Cəbhə bölgəsində 1 il xidmət edib. Sentyabr döyüşlərində könüllü yazılıb cəbhəyə gedib. Oktyabrın 1-dən aktiv döyüşlərə qatılaraq Talış kəndi, Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edən Abbas 7 oktyabrda Suqovuşanda gedən ağır döyüşdə yaralanaraq 10 saatlıq mühasirədən sonra Naftalan mərkəzi xəstəxanasına çatdırılıb. A.Abbaslı bildirdi ki, komandirlərim kapitan İsmayılov Kamran, leytenant Seyidov Nihad igid, mərd komandirlər olub. Gözümlə onların erməni dodlarını partlatmalarının şahidi olmuşam. Mənimlə çiyin-çiyinə döyüşdə olan Sərdarov Murad, Babayev Murad, soyadını unutdum Rövşən, Səfərov Seymur, Şəmsi Əli kimi bir çox qazilərimizlə Suqovuşan döyüşlərində bir yerdə olmuşuq. 7 oktyabrda mərmi partlıyıb məni dağdan dərəyə atmışdı. 3 qat kontuziya aldım və ayağım, əlimdən və s. yaralanmışdım. Hal-hazırda 2-ci qrup Qarabağ əliliyəm. Müharibədən sonra həm sülh, həm müharibə dövründə yararsız verilməklə hərbi xidmətdən tam uzaqlaşdırılmışam. Hər 2-3 aydan bir müalicələrim davam etdirilir. “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Müharibə iştirakçısı” medalları ilə təltif olunmuşam və Xocahəsən yeni yasayış məhəlləsində cənab Prezident tərəfindən mənzillə təmin olunmuşam.

Hələlik işsizəm, amma inanıram ki, işlə təmin olunacağam. Çünki Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev şəhid və qazilərə xüsusi diqqət yetirir. Uca Yaradan möhtərəm Prezidentimizi qorusun.

İsa MUSAYEV 

Oxşar xəbərlər