01.08.2025, 10:37
AZ EN
22.07.2025, 07:49 216

Cəbrayıl sakini: Həyatımın yarısı məcburi köçkünlükdə keçdi

XƏBƏRLƏR
  • Cəbrayıldan 32 yaşımda çıxmışdım, 32 ildən sonra doğma yurduma qayıdıram. Həyatımın yarısı məcburi köçkünlükdə keçdi. Hər zaman qayıdacağımıza inanırdım. Bu gün o ümidin həqiqətə çevrildiyi gündür”.

Bu sözləri Cəbrayıl şəhərinə köç edən Firuzə Şükürova deyib.

O, ata-baba yurduna qovuşmaq hissini sözlə ifadə etməyin çətin olduğunu bildirib: "Bu torpaqlardan ayrıldığım günü də xatırlayıram, bu günə qədər necə yaşadığımı da. Ancaq nə qədər çətin olsa da, hər zaman inanmışam ki, bir gün doğma evimizə dönəcəyik. Şükür ki, bu günləri də gördük". (AZƏRTAC)

Oxşar xəbərlər