14.07.2025, 15:00
AZ EN
14.07.2025, 08:33 118

Xocalı sakini: Şəhidlərimizin analarının qarşısında baş əyirik

XƏBƏRLƏR
  • Qarabağımızın azad edilməsi uğrunda canını verən şəhidlərimizin analarının qarşısında baş əyirik.

Bunu açıqlamasında Xocalı sakini Mehtiyev Nizami deyib.

Onun sözlərinə görə, Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

"Mən özüm 1991-ci ildə Xocalıda yaralanmışam. Müharibədə ayağımı itirmişəm, amma 23 nəfəri xilas edə bilmişəm.

Bu günü görmək mənim üçün xoş təəssüratdır. Bundan sonrakı ömrümüzü doğma yurdumuzda yaşayacağıq", - deyə o bildirib.

Qeyd edək ki, 14.07.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Xocalı rayonunun 4 yaşayış məntəqəsinə cəmi 327 ailə (1433 nəfər) köçürülüb. (Trend)

Oxşar xəbərlər