Bu sözləri açıqlamasında Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasında deyib.
O bildirib ki, ölkə üzrə qanvermə aksiyası səhər saatlarından başlayaraq 16:00-dək davam edəcək.
"Saat 10:00-a olan məlumata görə, artıq 400 nəfərə yaxın könüllü donor aksiyada iştirak edib. Gün ərzində bütün məntəqələrdə iştirakçı sayının artacağı gözlənilir", - deyə icraçı direktor əlavə edib. (AZƏRTAC)