Qurultayda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin, həmçinin peşə fəaliyyətini yerinə yetirərkən Kəlbəcərin Susuzluq kəndində minanın partlaması nəticəsində həlak olan jurnalistlər - AZƏRTAC-ın aparıcı müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, eyni zamanda, əvvəlki qurultaydan ötən dövr ərzində dünyasını dəyişmiş digər jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qurultay adından Prezident İlham Əliyevə müraciət ünvünlanıb. Müraciətin mətnini Şuranın sədr müavini Umud Mirzəyev oxuyub.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qurultayda hesabat məruzəsi illə çıxış edib.
Nəzarət-Təftiş Komissiyasının sədri Tahir Aydınoğlun yeddinci qurultaydan ötən dövr ərzində Şuranın maliyyə vəziyyəti haqqında məruzəsi dinlənilib.
Hazırda hesabat mətuzələri müzakirə olunur, Şuranın fəaliyyəti qiymətləndirilir.
Qurultayda Mətbuat Şurasının İdarə Heyəti, Nəzarət-təftiş komissiyası və Mətbuat Şurasının sədri seçiləcək.