Yarışda 15 kq-lıq “Bots Combat” kateqoriyasında iştirak edən “Karabakh’s Warrior” komandası uğurla çıxış edərək final mərhələsinə vəsiqə qazanıb.
Komanda finala qədər iki rəqiblə qarşılaşıb və hər iki görüşdən qələbə ilə ayrılıb.
Final mərhələsində isə komandamız yarışı 3-cü yerdə tamamlayaraq bürünc medala layiq görülüb.
Qeyd edək ki, komandaların yarışa hazırlıq prosesi Mühəndislik fakültəsinin laboratoriya müdiri Nurlan Cümşüdovun mentorluğu ilə həyata keçirilib. O, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) tərəfindən rəsmi olaraq bu vəzifəyə təyin edilib.
Tahirə AĞAMİRZƏ