21.06.2025, 22:08
AZ EN
21.06.2025, 16:10 128

Nərimanovda Cəbrayıl sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 20 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən rayon İcra Hakimiyyətinin qərargahında səyyar görüş-qəbul keçirib. Qəbulda aparatın məsul əməkdaşları, ərazi dairəsi üzrə nümayəndələr, rayon sakinləri iştirak ediblər.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər guşəsində geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edən RİH başçısı ölkə əhalisinin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. Rayon rəhbəri ölkə başçısı tərəfindən dövlətimizin daha da qüdrətlənməsi, ərazi bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarda aparılan irimiqyaslı bərpa-quruculuq işlərindən danışaraq, əhalimizin rayona qayıdışından geniş söhbət açıb.
Rayon sakinlərinin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər